Bakıda şəhərdaxili və şəhərətrafı avtobus marşrutları üzrə müsabiqə qalibləri müəyyən edildi
Bizi izləyin

Nəqliyyat

Bakıda şəhərdaxili və şəhərətrafı avtobus marşrutları üzrə müsabiqə qalibləri müəyyən edildi

Bakıda şəhərdaxili və şəhərətrafı avtobus marşrutları üzrə müsabiqə qalibləri müəyyən edildi

Bakının 51 nömrəli şəhərdaxili, 118A və 162 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Publika.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 51 nömrəli (Bəkir Çobanzadə küçəsi – Polad Həşimov küçəsi) marşrut üzrə hüquqi şəxs "Bus Trans" MMC; 118A nömrəli ("Koroğlu" NMM – Zabrat qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "Baku Trans–2022" MMC; 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi – "Koroğlu" NMM) marşrut üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC qalib elan olunublar.

Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm