Nida.az
DİN: ağır cinayətlər törətmiş 142 qrup və dəstə zərərsizləşdirilib – HESABAT
Bu il insan alveri ilə məşğul olan 11 nəfər həbs edilib.
Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunduğunu deyən nazir müavini qeyd edib ki, həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
V. Eyvazovun sözlərinə görə, hesabat dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri isə 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.
İclasda geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət
təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən
məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan
cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz,
qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2
faiz azalıb.
Qeyd olunub ki, cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış
tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş
hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata
keçirilib.
Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz
təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması
1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu
ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam
oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin
olunub.
Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə”
467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış
217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb.
Məruzəçi bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də
nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının
nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən
yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox
şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq
axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən
axtarılan 25 nəfərin yeri müəyyən olunub.
Xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil
cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət
törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz
olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət
məsuliyyətinə cəlb edilib.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunub. Həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Hesabat dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi
olub, prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə,
hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin
nəticələri 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.
Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin
sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin
sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət
alanların sayı isə 9,5 faiz azalıb. Hadisələrin, qəzalar
nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını
şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan
xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların
aşkarlanmasının yaxşılaşması olub. Belə ki, 2014-cü ilin 6 ayı ilə
müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq
qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və
plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214
nəfər barəsində qanunauyğun tədbirlər görülüb.
Ümumən, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati
xətalara görə 1.168.906 protokol tərtib olunub, nəticədə 1.106.973
nəfər cərimələnib, 2.192 nəfər məhkəmələr tərəfindən inzibati
qaydada həbs olunub, 19.931 şəxsə isə xəbərdarlıq edilib.
Nazir müavini qeyd edib ki, cinayətkarlıqla mübarizə və ictimai
təhlükəsizliyin təminində əldə olunan nəticələr mötəbər beynəlxalq
təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq
İqtsadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən,
Azərbaycan, dünyanın 144 ölkəsi arasında "Polis orqanlarının
etibarlılığı" indikatoru üzrə 15-ci, "Mütəşəkkil cinayətkarlıq"
indikatoru üzrə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız
Avropa və MDB ölkələrini xeyli qabaqlayır.
Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı
sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunların da
qanunvericiliklə müəyyən edilmiş vəzifələri layiqincə yerinə
yetirdiyi nəzərə çatdırılıb.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığı və planlı surətdə davam etdirildiyi, 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 1853 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığı, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığı, hüquqlarının izah edildiyi vurğulanıb.
Polis general-leytenantı Vilayət Eyvazov dövlət başçısının diqqət
və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən
şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması,
maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,
infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə
də ətraflı məlumat verib.
Gülnar Əliyeva
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO