Nida.az
Keçmiş müsavatçı: “Bu, Arif Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gəlir”
Müsavat Partiyası ilə ADR hərəkatı arasındakı qarşıdurma səngimək bilmir.
Publika.az xəbər verir ki, qarşıdurmaya ADR-in İdarə heyətinin
üzvü, İsa Qəmbərin sabiq müşaviri Hüseyn Məlik də qoşulub.
H. Məlik Müsavat rəhbərliyinin Qubad İbadoğlunun hazırladığı
iqtisadi konsepsiyalar haqda səsləndirdiyi fikirlərə sərt reaksiya
verib.
“2003-cü il prezident seçkilərində “Bizim Azərbaycan” blokunun
prezidentliyə namizədi İsa Qəmbərin televiziya çıxışı zamanı fəxrlə
nümayiş etdirdiyi Qubad İbadoğlunun rəhbərliyi ilə hazırlanmış
iqtisadi islahatlar proqramını danmaq reallıq hissini itirmiş Arif
Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gələn
məsələdir. Bu mənim yaxşı tanıdığım Arif Hacılının xarakterinə
uyğundur. Məclisdə iştirak edən məclis üzvü İsa Qəmbərin susması
haqqında mən heç nə demək istəmirəm. Çox yaxın zamanlarda bu
susqunluq heç kimdə sual yaratmayacaq”, - deyə ADR təmsilçisi
bildirib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR