Elmar Məmmədyarov həmsədrlərlə münaqişəsinin həlli yollarını müzakirə edib
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov həmsədrlərlə münaqişəsinin həlli yollarını müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə bazar ertəsi görüş keçirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə bazar ertəsi görüş keçirib.

Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatçılıq ifadə olunub.

Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

Elmar Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək bildirib ki, erməni tərəfinin konstruktiv yanaşmaması münaqişənin həllinə, bölgədə sülh və sabitliyin bərpasına və sülh prosesinin irəliləməsinə əngəl törədir.

Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib, həmçinin sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm