Nida.az
Aynur Camalqızı Prezidentə müraciət etdi: “Azərbaycan mətbuatı Sizə minnətdardır”
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident!
Azərbaycanın dövlət müstəqilliyi Sizin uğurlu
siyasətiniz sayəsində ən qüdrətli dövrünü yaşayır. Məhz Sizin
möhtəşəm dəstəyiniz nəticəsində bu dövrü Azərbaycan mətbuatının da
qızıl dövrü adlandırmaq olar.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın dəvəti ilə hakimiyyətə
qayıdışından sonra başlanğıcı dahi mütəfəkkir Həsən bəy Zərdabidən
götürülən Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm
qoydu. Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas edən
və bugünkü qüdrətli Azərbaycanımızın təməllərini atan ümummilli
liderimiz müstəqil mətbuatımızın da təməllərini atdı. Postsovet
məkanında mətbuatın qarşısındakı əsas baryer olan senzuranın
ümummilli liderimiz tərəfindən ləğvi də buna ən bariz
nümunədir.
Hörmətli cənab Prezident!
Azərbaycan mətbuatı Sizin ümummilli liderimizin ənənələrini uğurla
davam etdirməyiniz sayəsində öz qızıl dövrünü yaşamaqdadır. Sizin
təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması və Fondun uğurla həyata keçirdiyi layihələr,
jurnalistlərin ən böyük problemi olan mənzil məsələsinin həlli
istiqamətində gördüyünüz işlər, Milli Mətbuatımızın 130, 135, 140
illik yubileylərini yüksək səviyyədə keçirməklə bağlı
sərəncamlarınız Azərbaycan mətbuatına yeni nəfəs verib. Məhz bu
stimulun nəticəsidir ki, Azərbaycan mediası milli maraqların
qorunmasında öz funksiyaları çərçivəsində yaxından iştirak edir və
zaman-zaman ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının
təşkilatçılarına tutarlı cavablar verir.
Azərbaycan mətbuatının gücü və sanbalı məhz Sizin qayğınız nəticəsində formalaşıb. Təsadüfi deyil ki, Azərbaycanın çoxsaylı nümunələri sırasında mətbuata göstərilən dövlət dəstəyini də dünyanın bir çox ölkələrində örnək olaraq tətbiq edirlər.
Hörmətli cənab Prezident!
Bu gün 140 illiyini qeyd edən Azərbaycan mətbuatı Sizin qayğınız
sayəsində ən güclü dövrünə qədəm qoyub. Jurnalistlərin Dostu olaraq
Siz həmişə mətbuatımızın yanında olmusunuz, milli jurnalistika
ənənələrimizin formalaşmasına böyük töhfə vermişiniz. Bu gün bütün
Azərbaycan mətbuatı Sizə minnətdardır. Çünki Siz əməyi olan heç
kəsi unutmursunuz. Bu sırada “Gündəlik Teleqraf” MMC-yə daxil olan
media orqanlarının (“Gündəlik Teleqraf” qəzeti, Publika.az,
Axar.az, Teleqraf.com) da adının olması, bir əməkdaşımızı “Əməkdar
Jurnalist” fəxri adı, üç əməkdaşımızı “Tərəqqi" medalı ilə təltif
etməyiniz bizim üçün böyük şərəfdir.
Cənab Prezident!
Sizin diqqətiniz bizim işimizə böyük stimul verir. Biz həmişə
olduğu kimi, bundan sonra da Sizin Azərbaycan dövlətinin
müstəqilliyi uğrunda apardığınız mübarizəni, gördüyünüz nəhəng
işləri və atdığınız bütün addımları dəstəkləyəcəyimizi bir daha
bəyan edirik.
Çox hörmətli cənab Prezident!
“Gündəlik Teleqraf” MMC adından bizə indiyə qədər verdiyiniz
dəstəyə və mətbuatımızın 140 illiyi ərəfəsində göstərdiyiniz
diqqətə görə Sizə dərin təşəkkürümüzü bildirir, hər zaman
səmimiyyətlə dəstəklədiyimiz fəaliyyətinizdə böyük uğurlar
arzulayırıq.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ