Nida.az
Saakaşvili Bakının da daxil olduğu plan hazırladı, ruslar ayağa qalxdı – Qarşıdurma
Gürcüstanın keçmiş prezidenti, hazırda Ukraynanın Odessa
vilayətinin qubernatoru Mixail Saakaşvili Azərbaycanın da əsas
iştirakçılarından olduğu “İpək yolu” layihəsinin Rusiyadan yan
keçməklə Ukrayna vasitəsilə çəkilməsini təklif edib.
Publika.az xəbər verir ki, M. Saakaşvili “Beşinci
kanala” müsahibəsində Asiyadan Avropaya çəkiləcək bu marşrutun
Ukraynadan keçməsini ən sərfəli variant adlandırıb: “Layihənin
reallaşdırılması üçün Ukraynanın cənub-qərbində yerləşən Reni
şəhərinə qədər avtomobil yolunu, Dnestr limanında körpünü inşa
etmək və Kiyevə qədər olan yolu yenidən təmir etmək lazımdır.
Çindən Rusiya vasitəsilə Avropaya gələn bütün yükləri İliçevskdə
köçürmək olar. “İpək yolu” layihəsi mövcuddur və bu Rusiya
vasitəsilə 30 günə daşınmanı həyata keçirə biləcək. Lakin İliçevsk
vasitəsilə bu maksimum 9 günə reallaşa bilər”.
Qeyd edək ki, “İpək yolu” qədim tarixdən bəri Asiya ilə Avropanı
birləşdirib və Azərbaycan bu marşrutda əsas ölkələrdən biri olub.
Qədim yolun yenidən inşası ideyasını 2013-cü ildə Çin lideri Si
Szinpin irəli sürüb. Bu tranzit üzrə daşına biləcək malların ümumi
həcmi 21 trilyon dollar civarında hesablanır. Marşrutun keçəcəyi
əsas ölkələrdən biri də Rusiyadır. Məhz buna görə də ruslar
Saakaşvilinin “İpək yolu” ideyasına etiraz edir və Saakaşvilinin
ideyasını qeyri-real adlandırırlar. Layihə ilə bağlı Pekinlə
Moskvanın apardığı danışıqlar da keçmiş Gürcüstan prezidentinin
ideyasının reallaşacağı ehtimallarını azaldır.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO