Nida.az
Növbə ruslara da çatdı: ermənilər Moskvanı satır
“Rusiyaya qarşı sanksiyalar və təcridetmə siyasəti
fonunda Ermənistan KİV-lərində Moskvadan asılı olduqlarını inkar
edən məlumatlar meydana çıxmağa başlayıb. İddia edirlər ki, Rusiya
erməniləri qorxularına məhəl qoymadan Azərbaycana geniş miqyaslı
silah satır. Həmçinin, qeyd edirlər ki, Ermənistan Avrasiya
İqtisadi İttifaqına daxil olsa da, Rusiyadan gələn yardımlar və
köçürmələr azalıb. Bu, o qədər də təəccüblü deyil. Görünür,
ermənilər xasiyyətlərinə məxsus şəkildə daha zəngin və güclü
himayəçi axtarışına çıxıblar. Moskvadan qorxa-qorxa Brüsselə səfər
edən Serj Sərkisyanın də məqsədi bu idi”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Politoloq qeyd edib ki, ermənilər tarix boyu kiçik xalq olublar və
“Böyük Ermənistan” miflərinin əksinə olaraq, həmişə regionda bu və
ya digər formada üstün olan dövlətlərı qulluqçuluq ediblər: “Onlar
daim xəyanət etməyə və güclünün yanına keçməyə hazırdırlar. Tarixdə
bununla bağlı kifayət qədər faktlar var. Qədim Romada quldur
ermənilər Spartakı aldatdılar. Onlar İtaliyadan gələn qulların
daşınması üçün ödəniş haqqını aldılar, lakin gəmiləri limana
gətirmədilər. Spartak şimala çəkilməyə məcbur oldu. Babəki xəlifəyə
satan və ölümünə səbəb olan da erməni Sumbat idi. Ermənilər Bizansı
ərəblərə və türk səlcuqlarına satdılar. Daha sonra eyni proses
Osmanlının başına gəldi. Halbuki, imperiyada ermənilərə geniş
imtiyazlar verilmişdi, ticarət onların əlində idi, yüksək postlarda
təmsil olunurdular. Buna baxmayaraq, I Dünya müharibəsinin
başlanğıcında ermənilər Osmanlı imperiyasını rəqiblərinə sataraq
ona arxadan zərbə vurdular. Bütün bunlara görə erməniləri
günahlandırmaq da mənasızdır. Çünki onların milli psixologiyası
belədir. İndi də növbə Rusiyaya çatdı. Ermənilər üzlərini daha
güclü olan tərəfə çevirərək, ruslara da arxadan zərbə vurmağa
hazırdılar. Lakin Rusiyanın buna imkan verəcəyini demək
çətindir”.
Asif Nərimanlı
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər