Nida.az
MSK-da ATƏT nümayəndələri ilə görüş olub
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, missiya üzvlərini salamlayan sədr M.Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə bu münasibətlərin əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.
ATƏT/DTİHB-nin MSK ilə səmərəli əməkdaşlığının uzunmüddətli tarixi olduğunu vurğulayan qonaqlar səmimi görüşə görə təşəkkürlərini bildirərək, Milli Məclisə seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıblar.
Missiya üzvlərinin suallarını cavablandıran MSK sədri seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi