Nida.az
Əli Kərimlinin partiyası dağılma dönəminə girdi - FOTOLAR
Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) istefaların sayı hər keçən gün artır.
Publika.az xəbər verir ki, daha 5 gənc partiyadan istefa
verdiklərini açıqlayıblar. AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat
Komitəsinin məlumatına görə, istefa verərək onlara qoşulan gənclər
sosial şəbəkələrdə öz fikirlərini və istefalarının səbəblərini
ifadə ediblər.
Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini etirazçılarla birlikdə davam etdirəcəklərini bildiriblər. Cəbhəçi gənclər üzərində “Əli Kərimli, biz sizə yox deyirik” və “Gənclərlə irəli gedəcəyik” yazılmış plakatlar tutmaqla, Əli Kərimlinin siyasətinə etirazlarını ifadə ediblər. Gənclər öz bəyanatlarında partiyada fəaliyyət göstərdikləri dövrdə şəxsən sədrin göstərişi ilə təzyiqlərlə üzləşdiklərini bildiriblər.
“Partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir.
Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini
görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil.
Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq
göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini
ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz
AXCP-də davam etdirməyə çağırırıq”, - deyə bəyanatda
bildirilir.
Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin rəhbərlik etdiyi
AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Eltural
Mürsəlzadə Publika.az-a açıqlamasında AXCP sədrinin məqsədli
şəkildə dağıtdığı Beyləqan şöbəsini bərpa etdiklərini bildirib.
“Əli Kərimlinin adamları iddia edirlər ki, guya mən cəbhəçi
deyiləm. Bütün bunlar ağ yalandır. Mən 2000-ci ildən AXCP üzvüyəm.
2003-cü ildən AXCP-nin Gənclər Komitəsinin sədr müavini olmuşam.
2006-cı ildə Əli Kərimlinin təkidi ilə AXCP-nin Beyləqan şöbəsinin
sədr müavini, sonra isə sədri olmuşam. 2012-ci ildə Əli Kərimlinin
üzündən partiyadan istefa verməli oldum və bunun da səbəblərini
dəfələrlə yazmışam. 2013-cü ildə Müsavata üzv olmaq istədim, lakin
üzv kimi qəbul edilmədim. Mənə “cəbhəçi deyilsən” söyləyənlərin
nəzərinə çatdırıram ki, AXC və AXCP-nin ilk olaraq yarandığı 4-5
evdən biri bizim evimiz olub. Bizim ailəmiz AXCP üzvü olanda siz
harada idiniz? Hazırda vaxtı ilə mənim qurduğum və Əli Kərimlinin
dağıtdığı Beyləqan şöbəsini bərpa edirəm”, - deyə o bildirib.
Ə. Mürsəlzadə qeyd edib ki, Əli Kərimli Beyləqan şöbəsini öz
əməlləri ilə dağıdıb: “Mən bu şöbəni yenidən bərpa edirəm.
Kərimlinin zombiləri bizə qarşı hücuma keçiblər. Lakin biz
Beyləqanda əsl cəbhəçilərin iştirakı ilə möhtəşəm konfrans
keçirəcəyik”.
AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin digər üzvü
Cavid Musazadə isə Əli Kərimlini dələduzluqda ittiham edib.
“Yetim-yesir adamların ianəsi hesabına bəy kimi yaşayan və bu
ianənin hesabatını verməyən bəy ola bilməz, yalnız siyasi dələduz
olar”, - deyə o bildirib.
Qeyd edək ki, narazıların yaratdığı Etimad Qurultayı üzrə Təşkilat
Komitəsinə qoşulanlar sırasında AXCP-nin qurucularından olan
Beyləqan NTK sədri Əli Zöhraboğlu, Beyləqan şöbəsinin
yaradıcılarından olan Valeh Rüstəmov və Əli Sarıyev də var.
Asif Nərimanlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”