Nida.az
YAP namizəd siyahısını bu tarixdə açıqlayacaq
Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə namizədlərinin siyahısını 3 gün ərzində elan edəcək.
Bu barədə Publika.az-a açıqlamasında YAP-ın mətbuat xidmətinin
rəhbəri Hüseyn Paşayev deyib.
Onun sözlərinə görə, hakim partiya seçkiyə tamamilə hazırdır:
“YAP-tərəfindən irəli sürüləcək namizədlərlə bağlı müzakirələr
artıq yekunlaşmaq üzrədir. İdarə Heyətinin iclası olacaq və iclasda
YAP-ın seçkilərdə iştirakı ilə bağlı qərarı açıqlanacaq.
Prezidentin sərəncamından sonra seçki günü məlumdur. YAP hər bir
dairədən öz namizədini irəli sürəcək. Əvvəlki seçkilərdə nadir
hallarda olub ki, tanınmış ictimai xadim, yaxud partiyanın hörmət
elədiyi namizəd olub və həmin dairədə YAP o şəxsin xeyrinə namizəd
irəli sürməyib. Ola bilsin belə istisna hallar bu seçkidə də olsun.
Amma bütünlükdə prinsip belədir ki, 125 dairənin hər birindən
namizəd irəli sürülsün və həmin namizədin qələbəsi üçün kampaniya
təşkil olunsun”.
H. Paşayev bildirib ki, YAP bütün respublika üzrə seçki qərargahlarının müşavirələrini keçirib.
“Seçki prosesində kampaniya dövründə qərargahda çalışacaq bütün
nümayəndələrin vəzifə bölgüsü aparılıb, onlar üçün treninqlər və
xüsusi kurslar keçirilib”, - deyə YAP sözçüsü vurğulayıb.
Asif Nərimanlı
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi