Nida.az
Düşmən 7 hərbçisini itirib, xeyli yaralı var – MÜDAFİƏ NAZİRLİYİ
Son bir həftə ərzində düşmən xeyli sayda itki verib.
Publika.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır. Həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.
Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib.
Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU