Nida.az
Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır: “Müharibə mütləq olacaq”- ŞOK PROQNOZ
Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını qaytarmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
“Vestikavkaz” saytı yazıb.
Azərbaycanın 65 minlik şəxsi heyətlə keçirdiyi böyük hərbi təlimə
diqqət çəkən sayt qeyd edir ki, bu manevrlər Qarabağda müharibə
vəziyyətində ordunun hərəkətini asanlaşdırır, həmçinin onun düşmən
üzərində qalib gəlməsinə təminat verir. Maraqlıdır ki, hərbi
təlimlər zamanı belə Ermənistan təmas xəttində təxribatlarından əl
çəkmədi. Belə ki, Ermənistan təyyarələri Azərbaycanla təmas
xəttində uçuşlar həyata keçirərək təxribatlara təşəbbüs edib.
“Azərbaycanın müdafiə naziri Zakir Həsənov təmas xəttində təxribat
uçuşları həyata keçirdən Ermənistan təyyarələrinin vurulması əmrini
verib. Həmçinin, o, atəşkəs pozulacağı təqdirdə yalnız cavab atəşi
ilə qənaətlənməyəcəklərini, iri kalibrli silahların işə düşəcəyini
bəyan edib. Bu təlimlər Ali Baş Komandan, Prezident İlham Əliyevin
birbaşa tapşırığı ilə keçirilib”, - deyə sayt yazır.
Rusiyanın siyasi və hərbi analiz institutunun analitiki Aleksandr
Xramçikin sayta açıqlamasında bildirib ki, Azərbaycan hərbi
qüdrətinə görə ilk sıralarda yer alır: “Hətta mən deyərdim ki,
Azərbaycan post-sovet məkanında hərbi gücünə görə Rusiyadan sonra
ikinci yerdədir”.
Ekspert vurğulayıb ki, Qarabağda müharibənin başlaması ehtimalı hər
gün artır: “Mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağda müharibə
mütləq baş verəcək. Hərçənd bunun nə vaxt olacağını demək
çətindir”.
Asif Nərimanlı
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?