Nida.az
Seçkiyə getməyən ADP sədri: “Bu, boykot deyil” - MÜƏMMA
Azərbaycan Demokrat Partiyası bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina edib.
Partiyadan Publika.az-a verilən məlumata görə, bu barədə ADP-nin Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. İclasda partiyanın seçkidə iştirakı müzakirə olunub və iştirak etməmək barəsində qərar qəbul edilib.
Qərara görə, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, Ali Məclisin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini bu gündən dayandırıblar.
Qərar son vaxtlar Azərbaycanla Qərbin müvafiq institutları arasında
münasibətlərin gərginləşməsi və ATƏT-in parlament seçkilərinə
müşahidə missiyası göndərməkdən imtina etməsi ilə
əsaslandırılır.
“Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci
maddəsinin 1-ci bəndinə əsasən, partiya üzv və tərəfdarlarının
seçmə və seçilmə hüququnun məhdudlaşdırılması kimi yozula bilməz”,
- deyə qərarda qeyd olunub.
S.Cəlaloğlu Publika.az-a açıqlamasında iştirak
etməmək qərarının seçkini boykot etmək olmadığını bildirib: “Biz
indiki situasiyada seçkidə iştirak etməyin məqsədəuyğun olmadığını
hesab etdik və müvafiq qərarımızı verdik. Lakin bu, boykot deyil.
Çünki biz üzvlərimizin seçkidə iştirakını məhdudlaşdırmırıq.
İstənilən üzvümüz fərdi qaydada seçkiyə qatıla və mübarizə apara
bilər. Bu, onların konstitusion hüququdur”.
Qeyd edək ki, bir müddət öncə ADP-nin “Qarabağ” blokunda birgə
təmsil olunduğu Ümid Partiyası ilə seçkiyə gedəcəyi deyilirdi.
Məlumatlara görə, iki partiya arasındakı gərginlik son anda
vəziyyəti dəyişib.
S.Cəlaloğlu isə bununla razılaşmır. O, “Qarabağ” blokunun seçki
bloku olmadığını, ADP-nin seçkidə iştirak etməməsinin isə şəxsi
qərarı olduğunu bildirib. Ümid Partiyasına isə uğurlar
arzulayıb.
Asif Nərimanlı
-
Dünya02:42
6,6 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin102:12
44 il əvvələ aid nadir kadrlar - VİDEO
-
ABŞ01:11
Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - AÇIQLAMA
-
Qoroskop00:05
Günün ULDUZ FALI: qəfil dönüşə hazır olun
-
Sosial26 May 23:41
Samirə Mustafayevanı o əvəz etdi - FOTO
-
İdman26 May 23:36
"Qarabağ"ın futbolçuları övladları ilə - FOTO
-
Mistika26 May 23:12
Azərbaycanda təhsil ocağının həyətindən CADU TAPILDI: İçəri daxil olan hər kəsi... - VİDEO
-
Magazin126 May 22:47
Çingizdən toyu ilə bağlı ilk paylaşım - FOTO