Nida.az
Fəttah Heydərov deputatlığa namizədliyini irəli sürdü
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 116 saylı Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə "Report"a 116 saylı Qəbələ Seçki Dairəsinin sədri Ramiz Əsədov bildirib.
O deyib ki, bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün indiyədək 116 saylı Qəbələ Seçki Dairəsinə 8 nəfər müraciət edib, onlardan 6-na imza vərəqi verilib: "Namizəd olmaq üçün müraciət edənlərin arasında Fəttah Heydərov da var".
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 116 saylı Qəbələ Seçki Dairəsindən namizəd irəli sürməyib.
F.Heydərov 1995-ci ildən deputatdır. O, ard-arda 4 dəfə Milli Məclisin deputatı seçilib və hazırda parlamentdə Regional məsələlər komitəsinin sədr müavinidir. F.Heydərov Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...