Nida.az
Rusiya saytından separatçı “Qarabağ sorğusu” – təxribat və ermənilərin yalanı
Rusiyanın levada.ru saytının keçirdiyi rəy sorğusunda respondentlərin 42 faizi Krımın, Cənubi Osetiya və Abxaziyanın, Dnestryanı ərazilərin, həmçinin Dağlıq Qarabağın müstəqil dövlət olması fikrini dəstəkləyir.
Publika.az xəbər verir ki, aparılan sorğunun hansı
dərəcədə real olması şübhəlidir. Çünki bu ərazilər birbaşa
Rusiyanın iştirakı ilə işğal olunub və rusların buna əks münasibət
göstərməsi təəccüblü olardı. Lakin Ermənistan KİV-nin bu məsələ
üzərindən təbliğat kampaniyası aparması, “Ruslar Dağlıq Qarabağın
müstəqilliyini tanıyır” başlıqlı məlumatlar yayması diqqət
çəkir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq
Rasim Musabəyov bu sorğunun birmənalı qarşılanmadığını deyib:
“Birincisi, sorğuda cəmi 800 nəfər iştirak edib. Sosioloqlar
mənimlə razılaşar ki, 140 milyonluq Rusiya əhalisinin fikrinin 800
nəfərin dedikləri ilə eyni olmasını düşünmək yanlış olardı.
İkincisi, respondentlərin 39 faizi bu suala cavab verməkdə çətinlik
çəkib. Deməli, insanların bu məsələlərlə bağlı son dərəcədə aşağı
məlumatlıdır”.
Onun sözlərinə görə, Dağlıq Qarabağın adının bu sorğuya salınması
Rusiya KİV-də oturuşmuş erməni lobbisi tərəfindən
gerçəkləşdirilib.
“Əgər sabah Rusiya telekanallarında ermənilərin Qarabağda minlərlə
insanı qətlə yetirdiyi və milyondan çox insanın qaçqın düşdüyü
faktları gündəmə gəlsə, o zaman ruslar fikirlərini asanlıqla
dəyişdirə bilərlər. Eyni zamanda, bu sorğunun yalan olduğuna dair
faktlar var. Misal üçün, sorğuda deyilir ki, Dağlıq Qarabağda
Azərbaycana birləşmək istəyən erməniləri sayı 2013-cü ildən 2014-cü
ilə qədər 5 faizdən 10 faizə qalxıb. Halbuki erməni məlumatlarında
bunun 9 faizdən 14 faizə qədər artdığı bildirilir. Bunun özü
sorğuda ciddi nöqsanların olduğunu göstərir”, - deyə R. Musabəyov
bildirib.
Politoloq qeyd edib ki, rusların Dağlıq Qarabağ haqda nə düşündüyü
maraqsızdır: “Əsas olan Azərbaycan vətəndaşlarının bu haqda
fikirləridir. Bizim vətəndaşların və dövlətin iradəsi ərazi
bütövlüyümüzü bərpa edəcək”.
Asif Nərimanlı
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi