Nida.az
Tikinti sahəsində dövlət nəzarəti gücləndirilir - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanının 5-ci hissəsində “zolaqları,” sözündən sonra “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, o cümlədən” sözləri əlavə edilsin.
Qeyd edək ki, fərmanın 5-ci hissəsi dəyişiklikdən əvvəl aşağıdakı kimi idi:
"Nəzərə alınsın ki, torpaq sahələrinin ayrılması və tikintiyə icazə verilməsi zamanı ekoloji və sanitar normalara, mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqları, binalar arasında məsafələrin gözlənilməsi barədə mövcud texniki normativlərə və müvafiq ərazilərin şəhərsalma sənədlərinə əməl edilməməsinə görə yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri məsuliyyət daşıyırlar".
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR