Nida.az
Obamanın Qarabağ “unutqanlığı”, yoxsa manevr...
ABŞ prezidenti Barak Obamanın sentyabrın 28-də Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının yubiley iclasında çıxışı dünyanın bir çox ölkəsində diqqətlə izlənildi. Artıq iki gündür əsas gündəmlərdən biri də məhz Ağ Ev rəhbərinin toxunduğu tezislərdir.
Obama çıxışının əsas hissəsini insan haqları və demokratiyaya sərf
etdi, ərazi bütövlüyünün toxunulmazlığından bəhs etdi, lakin bir
məqamı unutdu.
Krımın işğalından, Ukraynanın ərazi bütövlüyündən bəhs edən ABŞ
prezidenti çıxışı boyu eyni “presedent” olan Dağlıq Qarabağ
münaqişəsindən bir kəlmə də danışmadı. Halbuki ABŞ münaqişənin
həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədridir və bu
münaqişəyə diqqət ayırmağa borcludur. Xüsusilə cəbhə xəttində
yaşanan son gərginlik bunu vacib edirdi. Obama isə ya unutmuşdu, ya
da “unutmuşdu”.
Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin
direktor müavini Arzu Nağıyev Publika.az-a
açıqlamasında bu məqamın təəssüf doğurduğunu dilə gətirib: “Təəssüf
ki, ABŞ prezidenti Barak Obama öz çıxışında Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı danışmadı. Ən azından ATƏT–in Minsk
qrupunda təmsil edilən bir dövlətin başçısı kimi bunu etməli
idi”.
Ekspertə görə, Obamanın Qarabağla bağlı susmasının bir neçə səbəbi
ola bilər.
“Bu gün Rusiya və ABŞ arasında olan gərginliyin əsas narazılıq
nöqtəsi məhz Ukrayna məsələsidir. Qarşılıqlı ittihamlar, Rusiyaya
qarşı tətbiq edilən sanksiyalar da Krım və Donbasa görədir. Dünya
ictimaiyyəti də məhz bu problemlərə daha çox önəm verir. Əlbəttə
vaxtaşırı, belə ikili standartlara rast gəlinir”, - deyə o
bildirib.
Lakin A.Nağıyev digər səbəbi əsas gətirərək bunu yalnız ikili
standart olaraq qəbul etməyin də tərəfdarı deyil:
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü,
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə keçirilən söhbətlərdən
sonra yəqin ki, ABŞ prezidentinə məruzə ediləcək məqamlar da ola
bilər. Bu baxımdan birmənalı şəkildə bunu ikili standart kimi qəbul
etmək, zənnimcə, düzgün olmazdı”.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO