Nida.az
Qarabağ məsələsi BMT Baş Assambleyasına çıxarıldı
Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrə çağırış edib.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, F.Olland Ermənistan-Azərbaycan arasında gərginliyin artmasına
icazə verilməməsinin vacibliyini diqqətə çatdırıb.
O, rəsmi Parisin təmas xəttində yaşanan son hadisələrə görə
üzərində düşən məsuliyyəti hiss etdiyini qeyd edib.
“Buna görə də biz bütün əlaqədar tərəflərdən xahiş edirik ki,
bundan sonra iki ölkənin sərhədində hər-hansı hadisənin olmasına
icazə verilməsin. Bu yaxınlarda Azərbaycana və Ermənistana baş
çəkdim. Mən orada hər iki tərəfə münaqişənin birdəfəlik həll
etməyin mümkün olduğunu dedim”, - deyə o bildirib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın
prezidenti Barak Obama sentyabrın 28-də Baş Assambleyada çıxışı
zamanı Ukraynanın ərazi bütövlüyünə toxunsa da, Dağlıq Qarabağ
münaqişəsindən danışmayıb.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı