Nida.az
İsa Qəmbərin müşaviri: “Bəzilərinin hikkəsinə görə gözdən düşürük”
“Biz etiraf edə bilmirik ki, mübarizə taktikamız yanlışdır. Sanki
bunu desək, tufan qopacaq, cəmiyyətin gözündən düşəcəyik”.
Bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy Publika.Az -a açıqlamasında müxalifətin passivliyinə münasibət bildirərkən deyib.
“Müxalifət məzuniyyətdədir” deyə hazırkı durumu şərh edən S. Əlisoyun sözlərinə görə, bəziləri üzündən müxalifət gözdən düşür: “Onsuz da bəzilərinin hikkəsi, təkəbbürü sayəsində gündən-günə gözdən düşməkdəyik. Deyəndə ki, bəzi müxalifət liderləri depressiyaya məruz qalıb, ağız büzənlər olur. 3-4 kəsin parlament mandatı qazanmasından yana səfərbər olmaq əsla müxalifətçilik deyil, bunun adı nədir, hər kəs yaxşı bilir. Dəyişmək zamanıdır, cənablar. Populizmə biryolluq son qoyulmalı, reallığa söykənən mübarizə taktikası seçilməli, başın deyil, başların qəbul etdiyi qərarlar verilməlidir”.
İsa Qəmbərin müşaviri müxalifətin seçim etməyə məhkum olduğunu
deyib: “Ya yeni bir keyfiyyət ortaya qoyulmalı, ya da məzuniyyətdə
qalmağa davam etməli”.
Asif
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?