Onlar Milli Məclisin növbəti tərkibində olmayacaqlar - SİYAHI
Bizi izləyin

Nida.az

Onlar Milli Məclisin növbəti tərkibində olmayacaqlar - SİYAHI

Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb.

"Report" xəbər verir ki, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də günün sonunda bitib.

Bununla da Milli Məclisin hazırkı deputatlarından parlament seçkilərində iştirak etməyənlərinin adları məlum olub. Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib. Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament fraksiyasının üzvüdür. YAP deputatlığa namizədlərinin siyahısını hazırlayanda onlardan 13 nəfərinin adını rəsmi namizədlər siyahısına daxil etməyib. Hakim partiyanın namizədlərindən biri seçki prosesindən çəkildiyini və namizədliyini geri götürdüyünü açıqlayıb.

Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı və 5 bitərəf deputat yenidən seçkiyə qatılmayıblar.

Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq hazırkı deputatların siyahısını təqdim edirik.

İsmayıl Hacıyev - YAP

Abel Məhərrəmov - YAP

Qalib Salahzadə - YAP

Arif Əşrəfov - YAP

Fərhad Qəribov - YAP

Cəlal Əliyev - YAP

Aslan Cəfərov - YAP

Ayaz Orucov - YAP

Ərəstun Cavadov - YAP

Gülçöhrə Məmmədova - YAP

Əhməd Vəliyev - YAP

Rəbiyyət Aslanova - YAP

Nazim Fərəcov - YAP

Leyla Abdullayeva - YAP (namizədliyini geri götürüb)

Elton Məmmədov - bitərəf

Ceyhun Osmanlı- bitərəf

Aydın Abbasov - bitərəf

Etibar Hüseynov - bitərəf

Arif Alışanov - bitərəf

Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm