Milli Məclis 2 sazişi təsdiq etdi
Bizi izləyin

Nida.az

Milli Məclis 2 sazişi təsdiq etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2 sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Publika.az-ın məlumatına görə, ilk olaraq "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Deputatlar sözügedən sazişlərin əhəmiyyəti və mahiyyəti barədə məlumat veriblər. Qanun layihələri səs qoyularaq təsdiq olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm