Nida.az
SOCAR kilsələrə qaz verəcək
Gürcüstanın qaz təminatını həyata keçirən SOCAR-ın bu ölkədəki bütün kilsə və monastırları pulsuz yanacaqla təmin etmək üçün bağladığı müqavilə bu ilin 1 noyabr tarixində başa çatır. Lakin Azərbaycan şirkəti bu müddəti ilin sonuna qədər uzadıb.
Publika.az xəbər verir ki, Gürcüstan patriarxlığı bununla bağlı
SOCAR-a təşəkkür məktubu ünvanlayıb.
Gürcü jurnalist Georqi Kalatozişvili isə rəsmi Tiflisin Rusiya və
İran qazını ölkəyə gətirmək üçün apardığı danışıqlar fonunda bu
faktoru önə çəkən məqalə yazıb.
Jurnalist qeyd edir ki, SOCAR-ın bir neçə ildir üzərinə götürdüyü
kilsə və monastırların pulsuz isidilməsi işini Gürcüstan
ictimaiyyəti unuda bilməz: “Xüsusilə nəzərə almalıyıq ki, kilsə və
monastırlar keçilməz dağlarda, çətin coğrafi relyefi olan
bölgələrdə yerləşir və buralara qədər qazın çatdırılması olduqca
çətindir. Dağlarda yerləşən kilsə və monastırlar yay aylarında belə
soyuq olur. Rahib və müqəddəs ataların həyatı bir qədər də
çətinləşir. Lakin SOCAR bu işin öhdəsindən gəldi və qazı çatdırmağı
bacardı”.
Jurnalist qeyd edir ki, Azərbaycan şirkəti təkcə gürcü kilsələrini
deyil, bütün dini icmaların ibadət etdiyi yerləri, hətta erməni
kilsələrini belə pulsuz qazla təmin edir.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR