“Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib
Bizi izləyin

Nida.az

“Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərində “Exit-poll” keçirmək üçün MSK-ya müaciət edən təşkilatların sayını açıqlayıb.

Publika.az-ın məlumatına görə, M.Pənahov bildirib ki, “Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib: “Müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Biri isə “ELS” Müstəqil Araşdırmalar Mərkəzidir”.

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün MSK-ya müraciət müddəti oktyabrın 12-də başa çatıb.

MSK səsverməyə ən azı 10 gün qalmış, yəni oktyabrın 22-dək həmin müraciətlərə baxıb qərarını elan etməlidir.

Qeyd edək ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm