Nida.az
“Pullarımızı kim verəcək” deyə İqbal Ağazadəni axtarırdılar” – Adıgözəl Məmmədov
35 saylı Xətai üçüncü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, Slavyan-Türk birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov M. Ə. Sabir adına Şəhər Kitabxana-klubunda seçicilərlə görüş keçirib. Görüşdə el ağsaqqalları, ziyalılar, rayon ərazisində yaşayan sakinlər və gənclər iştirak ediblər. Lakin görüşdə bir sıra xoşagəlməz hallar da yaşanıb.
A. Məmmədov Publika.az-a müsahibəsində bu
məsələlərə aydınlıq gətirib.
- Dünən sizin 35 saylı Xətai üçüncü seçki dairəsindən
seçicilərinizlə görüşünüz necə keçdi?
- Dünən 35 saylı Xətai üçüncü seçki dairəsindən
seçicilərimlə çox ciddi müzakirələrlə keçən görüşüm baş tutdu.
Təəssüf ki, görüşə gələn seçici sayının çoxluğundan bir çox
vətəndaşlarımız akt zalına daxil ola bilmədilər. Ona görə onların
hər birindən üzr istəyirəm. Bütün bunları nəzərə alaraq Dairə Seçki
Komissiyasından xahiş edəcəyəm ki, növbəti görüşümü daha böyük
zallarda keçirməyimi təmin etsinlər. Seçicilər tərəfindən bir çox
problemlər qaldırıldı. Sakinlərin sosial məsələləri, işsizlik,
məmur özbaşınalığı və s. Amma xüsusi müzakirə mövzusu bizim
Azərbaycanımızın dünyada gedən geopolitik qarşıdurma kontekstində
hamımızın bir olmasının vacibliyi haqda idi.
Bu gün Azərbaycanın regiondakı strateji mövqeyi bir çox
imperialist dövlətləri ciddi narahat edir. Həqiqətən də, “tarix
təkərrür edər, əgər sən ondan ibrət götürməsən” deyən Mehmet Akif
heç də yanılmayıb. Hazırkı real durum bir daha onu göstərdi ki,
əgər sən milli yaddaşın daşıyıcısı deyilsənsə, bu ibrətamiz sözdən
nəticə çıxarmayacaqsan.
Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik
ki, keçmişdəki tarixi vəziyyət davam edir və təkrar olunur.
Aydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir. Tarix boyu həmişə belə olub. Bundan çıxış edərək söyləmək olar ki, dünyada maraqlar ilə bağlı ziddiyyətlər həmişə bu cür qalacaqdır. Fikrimcə, günümüzün hadisələrinə bu baxımdan nəzər yetirmək ədalətli olardı. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənib. Amma dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək. Bizim region əsasən slavyan və türk etnoslarının bir-biri ilə çulğaşdığı coğrafiyadır. Nəzərə alsaq ki, Qafqaz, İran, Orta və Kiçik Asiyanın, eləcə də Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda slavyan-türk xalqları arasında əlaqələri öyrənməyin nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar.
- Hazırda XXI əsrdə baş verən siyasi gedişatlarla keçmiş
tariximizin hansı əlaqasi var?
- Sovet İttifaqı dağıldıqdan sonra 5 müstəqil
türkdilli dövlət yarandı (Özbəkistan, Qırğızıstan, Qazaxıstan,
Türkmənistan və Azərbaycan). Türkiyə Respublikası bütün türk
ölkələri ilə diplomatik əlaqələr quran ilk dövlət oldu. Türk
kimliyinin bölgədə, o cümlədən də dünyada geosiyasi gücə
çevrilməsindən çox ehtiyat edirlər. Bunun üçün bizdə hər cür
rıçaqlar mövcuddur. Amma aşağıdakı amilləri həyata keçirmək
gərəkdir:
1. Bu coğrafiyada siyasi sabitlik,
2. İqtisadiyyatın əlaqəli stimullaşdırılması,
3. Praqmatizmə əsaslanan razılaşdırılmış xarici
siyasət,
4. Xalqlarımızın tarixi keçmişinə əsaslanan mənəvi
birliyini təmin etmək,
5. Slavyan dünyası ilə bu coğrafiyada bərabər
strategiyalara getmək,
6. Bölgədə bərabər güclü döyüş qabiliyyətli ordu
yaratmaq,
7. Qərb ölkələrində və ABŞ-da lobbizmin dinamik
inkişafın həyata keçirmək və bir çox siyasilərini satın almaq.
Ona görə də bütün bunları bizə düşmən kəsilmiş ölkələr də anlayır
və bilirlər. Hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər.
Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında
özünü göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi
vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər.
- XXI əsrin Azərbaycan gəncində daha hansı mənfi halları
müşahidə edirsiniz?
- Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli
yaddaş, kostyum kimi geyinilib soyunulacaq bir adət deyil. İnsan nə
qədər çalışsa da, o öz milli yaddaşından və mədəniyyətindən imtina
edə bilməz, çünki bu, onun sinir sisteminin köklərinə hoparaq, onun
dünyanı necə dərk etməsinə təsir göstərir. Milli mədəniyyətin böyük
hissəsi şüura nəzarətin hüdudlarından kənarda gizli qalaraq, insan
həyatının əsasını təşkil edir. Hətta milli mədəniyyətin gizli bir
hissəsinin idraki mövcudiyyətin bir hissəsinə çevrilməsi halında
belə onları dəyişdirmək çətindir”.
Bunları ona görə demirəm ki, bizim gənclər dünyadakı cərəyanlardan
kənarda qalsınlar, ona görə deyirəm ki, gənclərimiz bu cərəyanlara
mili şüurumuzun gözü ilə baxsınlar. Bu baxımdan akademik Ramiz
Mehdiyevin aşağıdakı fikirləri olduqca maraqlıdır (“Şah İsmayıl
Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsindən): “Özünü
dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən
dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək,
keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir.
Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki
indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki
zamanda keçmişin izləri nə qədər qalıbsa, o, bir o qədər
müasirdir.
Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar”.
- Dünənki görüşdən əvvəl rəqibiniz İqbal Ağazadənin
tərəfdarları sizin aranızda bir insident yaşanmışdı.
- Həqiqətən də, dünən qəribə bir hadisə baş verdi.
Əvvəlcədən mənə bilidirilmədən seçicilərimlə təyin olunmuş görüş
yerinə gəldikdə gördüm ki, İqbal Ağazadənin görüşü təşkil edilib.
Və sizi inandırım ki, bu görüşə əsasən Fizuli rayonunda qeydiyyatda
olan İqbalın həmkəndliləri cəlb olunub. Beləliklə, İqbalın adamları
insanları Xətai rayonu 35 saylı dairənin seçicilərlə görüş üçün
ayrılan akt zalına avtobusla daşıyıb gətirmişdilər. Bunu təyin
etmək o qədər də çətin deyil, İqbalın bu görüşdən çəkdirdiyi
fotolara baxmaq kifayətdir. Yəqin ki, müvafiq strukturlar o
fotolardakı insanların harada qeydiyyatda olduqlarını 5 dəqiqəyə
təyin edər.
İndi sual olunur: İqbal bəy, əgər bu belədirsə, yaxşı olmazdı ki, siz öz namizədliyinizi elə Fizuli rayonundan verərdiniz. Ən nəhayət, mənim üçün ayrılan vaxtın başlamasına baxmayaraq, akt zalına əsl seçicilər girə bilmirdilər. Bayırda isə “Bəxtiyar” filmindəki kontrabasçı sayağı bəziləri “pullarımızı kim verəcək” deyərək İqbalın adamların axtarırdılar. Yəni bir komediya yaşanırdı. İqbal bəyimiz də 90-cı illər sayağı akt zalından çölə çıxaraq səkinin üstündən tez-tez “Mənim xalqım” deyərək hayqırırdı. Sonra o, tez avtomobilə minib gözdən itdi. Amma görüşə gətirilənlər isə İqbalın adamların axtarırdılar ki, bizimlə haqq-hesabı çürüdün, sonra gedək. Bu səhnəni danışmaq yox, görmək lazım idi.
Asif
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik