Nida.az
Fəzail Ağamalının seçicilərlə görüşündə ölkə başçısının son addımları alqışlandı – FOTOLAR
Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı rayonun Aşağı və Yuxarı Noxudlu kəndlərində seçicilərlə növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüş zamanı vurğulanıb ki, Fəzail Ağamalı Milli Məclisin deputatı kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüş iştirakçıları Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini müdafiə etdiklərini bildiriblər və bu siyasətin ən fəal iştirakçılarından biri olan Fəzail Ağamalıya səs verəcəklərini diqqətə çatdırıblar.
Kənd ağsaqqallarından Hacı Mirlazım Ağa Mustafayev, Dövlət Orucov, kənd ziyalıları Cəfər Novruzov, Ahilə Nəcəfova, Natavan Novruzova, Durna Əzizova, kənd sakini Alisgəndər Əliyev çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirib, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər Aşağı və Yuxarı Noxudlu kəndlərində məktəblərin təmiri, Aşağı Noxudlu kəndində uşaq bağçasının açılması ilə bağlı məsələ qaldırıblar. Fəzail Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə mandat qazanarsa, sözügedən problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və həmin problemlərin həllinə çalışacağını seçicilərin diqqətinə çatdırıb.
Prezidenti İlham Əliyevin son sərəncamları, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha kəskin şəkildə mübarizə aparmasını diqqətə çatdıran F.Ağamalı qeyd edib ki, ölkə başçısının siyasi iradəsi xalqımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına və ölkədə sahibkarlığın inkişafına yönəlib.
Görüş iştirakçıları ölkə prezidentinin son addımlarını alqışlayaraq, hər zaman onunla bərabər olacaqlarını bir daha önə çəkiblər.
Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov və Xidmət Orucov iştirak ediblər.
Vasif Həsənli
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı