Nida.az
Svetlana Əkbərova: “Peşəkar hüquqşünasların parlamentdə təmsil olunması xalqımız üçün vacibdir”
20 saylı ikinci Nərimanov seçki dairəsində müstəqil namizəd Svetlana Əkbərovanın Publika.az-a müsahibəsi
- Seçkilərə sayılı günlər qalıb. Sizin təbliğat-təşviqat
kampaniyanız necə gedir?
- Təbliğat-təşviqat kampaniyasına start verilən gündən, yəni 9
oktyabrdan bu günə qədər 20 saylı Nərimanov ikinci seçki dairəsinə
daxil olan 33 seçki məntəqəsi ərazisində yerləşən məhəllələrin və
binaların əksəriyyətində olmuşam, seçicilərlə birbaşa görüşmüşəm,
onların problemlərini və təkliflərini öyrənmişəm. Onlara özüm və
platformam haqda məlumat vermişəm, həmçinin təbliğat-təşviqat
materiallarımı təqdim etmişəm. Bu görüşlərimə oktyabrın 31-nə qədər
davam etmək fikrindəyəm. Hesab edirəm ki, belə görüşlər mənim və
seçicilərim üçün səmərəlidir. KİV-də və sosial şəbəkələrdə də seçki
ilə bağlı məqalələr və müsahibələr vermişəm.
- Svetlana xanım, seçicilərinizə hansı vədlər
verirsiniz?
- Hər bir seçicimin hüquqlarını qoruyacağıma, müdafiə edəcəyimə,
seçicilərimə lazımi hüquqi yardım göstərəcəyimə və onların
probemlərinin həlli üçün müvafiq təşkilatlara müraciət edəcəyimə
söz verirəm.
- Millət vəkili seçildiyiniz təqdirdə hansı məsələlərə daha
çox diqqət ayıracaqsınız?
- Ölkəmizin daha güclü hüquqi, demokratik dövlət olması üçün
qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi,
ölkə vətəndaşlarının hüquqi maarifləndirilməsi və qanunlara riayət
etməsi diqqət yetirəcəyim ən vacib məsələlərdən olacaq. Bununla
yanaşı, platformamda qeyd edilən digər məsələlərə və əsasən
seçicilərimin problemlərinə xüsusi diqqət ayıracağam.
- Sizcə, hansı peşə sahiblərinin təmsil olunması Milli
Məclisin işinin səmərəliliyini artıracaq?
- Zənnimcə, parlamentdə bütün sahələrdən yüksək peşəkarlığa malik
olan mütəxəssislər təmsil olunmalıdır. Bununla yanaşı, hesab edirəm
ki, Vətənə, dövlətə sədaqətli, qanunlara hörmət edən peşəkar
hüquqşünasların Milli Məclisdə təmsil olunması dövlətimiz və
xalqımız üçün çox vacibdir.
Asif Nərimanlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan