Nida.az
Prezident Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin azərbaycançılıq məfkurəsinə sədaqət və tarixi-mədəni dəyərlərə ehtiram aşılayan, istiqlal ideyaları ilə zəngin yaradıcılığı milli ədəbi fikir xəzinəsinə qiymətli töhfə təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi