“Rusiya agenti” axtarışları yenidən gündəmdə
Bizi izləyin

Nida.az

“Rusiya agenti” axtarışları yenidən gündəmdə

Müxalifətdə “Rusiya agenti” yenidən gündəmdə

Hüquq müdafiəçisi, müxalifət düşərgəsində yaxın şəxs kimi tanınan Rəşid Hacılı Krıma getmək istəyən, lakin Mahaçqalada Rusiya polisi tərəfindən saxlanılaraq geri qaytarılan Müsavat başqanının müavinləri Arif Hacılı ilə Gülağa Aslanlının bu addımını tənqid edib.

Publika.Az xəbər verir ki, R. Hacılı sosial şəbəkələrdə “Krıma Rusiyadan getməyə çalışmaq, gedib çata bilməməklə öyünmək” fikrini yazmaqla vəziyyətə güldüyünə işarə edir.

Xatırladaq ki, ötən həftə məhz Müsavat Partiyasının funksionerləri Krıma getmək məqsədilə Rusiyaya keçiblər. Ancaq onları Mahaçqala şəhərində saxlayaraq geriyə qaytarıblar. Bundan sonra Müsavat funksionerləri Bakıda mətbuat konfransı keçiriblər.

Maraqlıdır ki, A. Hacılı “Feysbuk” səhifəsində konkret ad çəkməsə də, maraqlı fikir paylaşıb. O, “Gülağa bəylə Krıma səfər cəhdimiz Rusiyanın buradakı agentura şəbəkəsini yerindən oynadıb. İllərlə susanlar da bu mövzuya biganə qalmadı” deyə o işarə vurub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm