ADR Pənah Hüseynin liderliyini qəbul edəcəkmi? – Qubad İbadoğludan açıqlama
Bizi izləyin

Nida.az

ADR Pənah Hüseynin liderliyini qəbul edəcəkmi? – Qubad İbadoğludan açıqlama

“Pənah Hüseynin müxalifətin bir araya gətirilməsi haqda təşəbbüsünü müsbət qarşılayırıq”.


Bunu Publika.az-a açıqlamasında hazırda ABŞ-da olan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.


O, P. Hüseynin irəli sürdüyü “Azərbaycan naminə həmrəylik” adlı yeni birlikdən dəvət gələrsə, bunun ADR-də müzakirə oluna biləcəyini qeyd edib. Bildirib ki, məsələ ilə bağlı aparılan müzakirələri izləyirlər.


Q. İbadoğlu Bakıya gələcəyi vaxtı hələ dəqiqləşdirmədiyini da deyib.

Q. İbadoğlu AXCP-nin Razi Nurullayev qolunun ADR ilə birləşmə haqda səslənən fikirlər haqda da danışıb.


“Bizim ictimai təşkilat olaraq siyasi partiyalarla birləşmək nizamnamə öhdəliklərimizə ziddir. Lakin demokratik təsisatlarla əməkdaşlıq şəbəkələnmə fəaliyyətimizi tərkib hissəsi olduğundan onunla bağlı ayrıca müavinlik institutu yaradılıb. Demokratik təsisatlarla iş üzrə müavinlik institutuna Məlahət Mürşüdova rəhbərlik edir. Bizimlə əməkdaşlıq etmək istəyən təşkilatlardan daxil olan müraciətlər əvvəlcə müavinlikdə, sonra isə ADR Hərəkatının İdarə Heyətində müzakirə olunur. Parlament seçkiləri ərəfəsində daxil olan müraciətləri ADR Hərəkatı İdarə Heyəti məqbul hesab etməyib. Seçkidən sonra bizə bu istiqamətdə rəsmi müraciətlər daxil olmayıb, əgər rəsmi müraciət olacaqsa, o zaman onu dəyərləndirib, müvafiq qərar verəcəyik”, - deyə ADR sədri diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm