Nida.az
Fazil Mustafa: “Təhlükəli qüvvələrə qarşı sərt addım atmaq dövlətin haqqıdır”
“Nardaran hadisələri əvvəlcədən planlaşdırılmış bir hadisə idi”.
Bunu Publika.za-a açıqlamasında Milli Məclisin deputatı Fazil
Mustafa deyib.
F. Mustafa qeyd edib ki, Nardaranda təhsil, yaxud məşğulluqla bağlı
müəyyən problemlərin olması məlumdur: “Problemlər üst-üstə gələndə
müəyyən narazılıq ola bilər. Ekstremistlər də bundan istifadə edir.
Reallıq budur ki, bu qruplaşmanın tələbləri, yanaşmaları tamamilə
başqa mahiyyət almağa başlayır. Onlar başqa ölkələrin maraqlarını
təmsil edən dini-ideoloji xətt tutur, dövlətə, hökumətə qarşı
çağırışlar səsləndirirlər. Yəni belə bir sistem qurulub. Dövlətin
də haqqı var ki, konstitusion quruluşuna üçün təhlükəli olan bütün
qüvvələrə qarşı sərt mövqe tutsun”.
F. Mustafa əlavə edib ki, insanlar dini evlərində və məscidlərdə
yaşamalıdır: “Dini alətə çevirəndə, terrora çağırış edəndə bu
təhlükəlidir. İŞİD, Hizbullah, Taliban kimi terror təşkilatlarında
biz bu nümunələri görmüşük. Hesab edirəm ki, insanlar Nardaranda
baş verənlərə sosial problem kimi yox, siyasi problem kimi
baxmalıdır. Bu hadisələrin haradan idarə olunduğu da məlumdur”.
Deputat əlavə edib ki, məscidlərdə moizələrin oxunması
qanunvericilik səviyyəsində olmalıdır: “Yəni bu fəaliyyət lisenziya
əsasında olmalıdır. Əks təqdirdə, hər kəs məsciddə istədiyi
məsələdən danışsa, bu idarə olunmaz vəziyyət yaradar. Digər
tərəfdən, Nardaranda əksəriyyət bu hadisələrə, hətta sonradan
etiraz edilməsinə də qarşıdır. Lakin kənd yerlərində adətən
insanlar ümumi prinsiplərdən, icma qaydalarından kənara çıxmaq
istəmirlər, yaxud çıxa bilmirlər. Halbuki, bu kəndə əksər insan
sakit və rahat yaşamaq istəyir”.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı