Nida.az
Qarabağda Rusiya-Türkiyə müharibəsini kim istəyir?
“Qarabağda Rusiya-Türkiyə müharibəsinin başlaması haqda
ictimai rəyə sırınan fikirlərin arxasında erməni lobbisi və
Moskvada böyük təsirə malik olan erməni diasporu
dayanır”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji
Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq
Hasan Oktay deyib.
Onun sözlərinə görə, İranın Obama ilə razılaşmasından sonra Suriya
böhranına daxil olan Rusiya gözlənildiyi kimi hava əməliyyatlarına
başladı: “Burada hədəf Türkiyəni Suriya böhranına daxil etmək idi.
Buna görə də Rusiya Türkiyə hava məkanını tez-tez pozmağa başladı.
Bu, bəlkə də NATO-nun reaksiyasını ölçmək üçün edilirdi. Laki
nəticədə NATO Türkiyəni tək buraxdı və Türkiyə istər-istəməz
sərhədlərini qorumaq üçün kimə aid olduğu bəlli olmayan bir
təyyarəni vurdu. Bunun Rusiya təyyarəsi olduğu ortaya çıxanda,
dünya gündəmi alt-üst oldu və hər kəs bir ssenari qurmağa
başladı”.
H. Oktay qeyd edib ki, Rusiya belə bir cavab gözləmirdi.
“Şok içində olan Rusiya mediası da nə edəcəyini bilmədən, gələcəyi
düşünmədən bir çox təəccüblü iddialar ortaya atdı. Xüsusilə Rusiya
mediasında təsir gücünə malik olan yəhudi və ermənilər
Moskva-Ankara müharibəsi törətmək üçün böyük enerji sərf edirlər.
İctimai rəyə təsir etmək istəyən bu qüvvələr də Rusiya və
Türkiyənin Qarabağda müharibə edə biləcəyi iddiasını irəli
sürüblər. Bun iddialar erməni lobbisi və diasporu tərəfindən ortaya
atılır. Əcaib iddialarla çıxış edənlər əslində nə etdiklərini
özləri də bilmirlər. Yəhudilər də “one minute”nin qisasını almaq
üçün Türkiyəni müharibəyə sürükləmək istəyirlər”, - deyə politoloq
bildirib.
H. Oktay hesab edir ki, Rusiya xalqı və dövləti bu cür oyunlara
aldanmayacaq qədər ağıllıdır: “Türkiyə nə Qarabağda, nə də başqa
bir yerdə rus xalqına və dövlətinə cəbhə açmaq niyyətində deyil.
Rusiya mediasını işğal edən erməni və yəhudilər Türkiyədə daxili
münaqişəni qızışdırmaq üçün PKK-ya dəstək verilməsi ilə bağlı
fikirlər irəli sürürlər. Əslində bu cür iddialarla onlar rus
xalqına böyük pislik edirlər. Fikrimcə, ümumiyyətlə Qarabağda
müharibənin olması ehtimalı azdır. Buradakı müharibədən heç kim
qazanclı çıxa bilməz. Həmçinin, Qarabağ üzərində Türkiyə-Rusiya
müharibəsi də mümkün görünmür. Münaqişənin həll yolu diplomatiyadan
keçir. Azərbaycan da çox diqqətli davranmalı, müharibə deyil,
diplomatiya irəli sürməlidir”.
Politoloq qeyd edib ki, Türkiyə bölgədə sülhün bərqərar olması üçün
çalışdığı bir vaxtda, nə Ərdoğan, nə də Putin Rusiya mediasının
müharibə təbliğatına uymamalıdır.
Asif Nərimanlı
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi