Nida.az
Ermənilər cəbhədə itki verdiklərini təsdiqlədilər
Ermənilər ötən gecə cəbhə xəttində itki verdiklərini təsdiqləyiblər.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun əsgəri 20 yaşlı Erik Qriqoryan Azərbaycan Silahlı Qüvvələri ilə atışmada öldürülüb.
Məlumata görə, o bu gün ordudan tərxis olunacaqmış.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə baş verən
son insidentlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, son
günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə
təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışır.
Regiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni
silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif
istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə
basqın etməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıb. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?