Nida.az
Fəttah Heydərovdan Azərbaycan dili ilə bağlı TƏKLİF
“Azərbaycan dilinin saflığı və onun daha da təkmilləşməsi üçün Toponomiya Komissiyası daha çox işlər görməlidir”.
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov komitənin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, danışıqda və qarşılıqlı münasibətlər zamanı bəzi terminlərdən istifadə olunur. Ancaq rəsmi yazılı dildə istifadə olunan ifadələr Azərbaycanın dövlət dilinə tam uyğun olmalıdır: “Bu baxımdan hesab edirəm ki, müzakirəyə çıxardığımız “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində “resurs” sözünün “təbii ehtiyatlar” sözü ilə əvəz olunması vacib məsələdir. Çünki Azərbaycan dilində olan “təbii ehtiyatlar” sözü “resurs” sözünü tam əvəz edir. Yəni, burada iki məna daşıyan söz yoxdur. Bu gün dilimizdə istifadə olunan bu cür yad sözlər çoxdur. Bunlar tədricən aradan qaldırılacaq. V çağırış Milli Məclis yeni işə başlayıb. Fəaliyyətimiz dövründə dilimizə yad sözlər olan digər sənədləri də Azərbaycan dilində olan sözlərlə əvəz edəcəyik”.
F.Heydərov bu prosesə artıq başlanılmasının vacib olduğunu söyləyib: “Bu işə artıq başlamaq lazımdır. Gələcəkdə də bizim yazılı mətbuatda, ədəbiyyatda öz milli sözlərimizdən istifadə olunsun və Azərbaycan dilinin təmizlənməsi istiqamətində ciddi işlər görülsün”.
İclasda çıxış edən Milli Məclisin deputatı Fəzail İbrahimli da sözügedən qanun layihəsində “resurs” sözünün “təbii ehtiyatlar” sözü ilə əvəz olunması təklifini dəstəkləyib
Vasif Həsənli
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?