Nida.az
Prezident bir neçə səfiri dəyişdi – SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev T.A.Rzayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev D.M.Şikarovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev V.İ.Sadıqovun Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncamı imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında Sərəncamı imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraqqərara alıram:
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev H.S.Zeynalovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev R.E.Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı