Nida.az
Azərbaycanlı jurnalist Türkiyəyə görə Moskvada... – VİDEO
Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Malikoğlu
Abbasov “Rus TV-Center” kanalında Rusiya-Türkiyə böhranı ilə bağlı
müzakirələrdə rusları susduran cavablar verib.
Publika.az xəbər verir ki, F. Abbasov “Səs Haqqı”
verilişinin aparıcısı Roman Babayanın Türkiyənin Şimali İraqa qoşun
göndərməsi ilə bağlı sualını cavablandırarkən, “2014-cü ildə
Rusiyanın “yaşıl adamcıqlar” adlandırdığımız əsgərləri Krımda nə
edirdisə, Türkiyə əsgərləri də Şimali İraqda eyni şeyi edir” deyə
bildirib.
“Burada çoxlu sayda dövlət rəsmisi var və hər kəs öz bildiyi
formada Türkiyə ordusunun Şimali İraqa girməsinin səbəblərini
araşdırdı. Mən isə izləyicilərin anlayacağı şəkildə bəsit bir
açıqlama vermək istəyirəm. Türkiyə ordusunun Şimali İraqda
olmasının səbəbi, Rusiya ordusunun Krıma girməsi səbəbi ilə
eynidir”, - deyə o əlavə edib.
Onun bu sözlərindən sonra bütün studiyada səssizlik çöküb. Daha
sonra Rusiyanın məşhur hərbi eksperti Vadim Pavloviş Liukaşeviç tək
başına azərbaycanlı jurnalisti alqışlayıb.
Dəstək üçün Lukaşeviçə təşəkkürünü bildirən F. Malikoğlu çıxışına
bu sözlərlə davam edib: “Əgər Krımın baş naziri Sergey Aksyonov
Rusiyanın “yaşıl adamcıqlar” adlandırdığımız milləti bəlli olmayan
əsgərlərini Krıma dəvət edirsə, bölgə lideri Bərzani da Türkiyə
əsgərini Şimali İraqa dəvət edə bilir. Əgər Rusiya üçün Krımda
Sevastopol varsa, Türkiyə üçün də Şimali İraqda Mosul vardır.
Rusiya əsgəri Krıma girdiyi zaman Ukrayna prezidenti Poroşenkodan
icazə aldımı? Xeyr. Rusiyanın Krımda fəaliyyət göstərməsi üçün
Kiyevin sözü keçmirsə, Türkiyənin Şimali İraqdakı fəaliyyətlərində
də Bağdadın sözü keçmir”.
F. Abbasov qeyd edib ki, Türkiyə rəhbərliyi təyyarə hadisəsindən
sonra Rusiya rəhbərliyinı görüşmək üçün müraciət etsə də,
qarşılığında “xeyr” cavabını aldı: “Əvəzində Rusiya rəhbərliyi
Moskvada yaşayan türklərə təzyiqlər etdi. Məktəb şagirdləri və
tələbələr deportasiya olundu. Türkiyə şirkətlərinə qarşı əsassız
yoxlamalar başlandı. Türkiyə xarici işlər naziri isə Rusiya
vətəndaşlarının kompakt şəkildə yaşadığı Alaniyaya səfər edərək,
insanlara təsəlli verdi, onları sakitləşdirdi. Baş verənlərin
onlara heç bir təsiri olmayacağı sözünü verdi. Bu studiyada bir
neçə nəfər istisna olmaqla, hər kəs Türkiyəyə qarşı iqtisadi və
hərbi sanksiyalar tətbiq etməyi dəstəkləyir. Heç kim təmas qurmaq,
müzakirə aparmaq istəmir”.
Verilişdə iştirak edən rusiyalı politoloq Dmitri Kulikov Abbasovun
sözünü kəsərək, “siz səhv etdiniz, yoxsa bilərəkdən bunları
deyirsiniz” deyə bildirib.
“Bunu bir təxribat kimi qiymətləndirə bilərsiniz. Lakin İstanbul
boğazlarından keçərkən Türkiyə torpaqlarına raketlər tuşlayan
Rusiya əsgərinin təxribatı daha pisdir. Siz bunda heç bir
təxribatın olmadığını deyə bilərsiniz, amma mən sizə bir misal çəkə
bilərəm. Fikirləşin, bir banka gəlmisiniz və işinizi həll edərkən
qəfil tapança çıxarırsınız. Bu təxribat deyilmi? Bunu ən yaxşı
halda, təxribat, pis halda isə quldurdluq adlandırmaq olar. Bank
olaraq İstanbul boğazlarını, ziyarətçi olaraq da Rusiya gəmisini
fərz edək. Rusiya gəmisi boğazdan sakit keçmək əvəzinə, bir əsgər
raket çıxarıb şəhərin Beşiktaş səmtinə tuşlayır və hər an atəş aça
bilər. Sizcə, Türkiyə bunu necə qarşılamalıdır? Bu təxribat
deyilmi?”, - deyə azərbaycanlı jurnalist cavab verib.
Bu suala heç kim cavab vermədiyini görən verilişin aparıcısı Roman
Babayan mövzunu dəyişdirərək, F. Abbasovdan “Siz nə üçün bizim
təyyarəmizi vurub, pilotumuzu öldürdükdən sonra kiminsə
görüşəcəyini gözləyirsiniz?” deyə soruşub.
F. Abbasovun bu suala cavabı belə olub: “Rusiya təyyarəsinin
vurulması haqda çox fikirlər səsləndi və mənim əlavə edəcəyim heç
bir fikrim yoxdur. Mən sizə Türkiyə rəsmilərinin mövqelərini
yenidən xatırlada bilərəm. Amma bu heç nəyi dəyişməcək. Mənə qarşı
burada səkkiz nəfər var. Mən hər birinizlə müzakirə aparıb doğru
bildiyimiz sübut edə bilərəm. Türkiyə hökuməti də eyni şeyi etməyə
çalışır. Lakin bununla heç bir şey dəyişmir. Burada heç kim mənə
qulaq asmaq istəmədiyi kimi, Türkiyəyə də qulaq asmaq istəmirlər.
Türkiyə Xarici İşlər Nazirliyi rus pilotunun yaxınlarına başsağlığı
verdi. Həmçinin, xristian dininin bütün ənənələrinə uyğun şəkildə
Rusiya tərəfinə verildi. Bütün bunlar görüşmək üçün bir səbəbdir.
Lakin təyyarənin vurulmasını araşdıran komissiya indiyə qədər
qurulmayıb. Hər kəs öz mövqeyini müdafiə etməyə davam edir”.
Rusiya hərbi eksperti İqor Korotçenko F. Abbasova üz tutaraq,
“Bizim pilotumuz enərkən Türkiyə vətəndaşı tərəfindən güllələnib.
Bizim helikopteri Türkiyə vətəndaşları vurdu. İnternetdə bunun
video sübutları var. Nə üçün onu bizə təslim etmədilər? deyə sual
verib.
“Türkiyə vətəndaşı Alparslan sadəcə paraşütün bir parçasının əlində
tutaraq foto çəkdirdi və özünü öymək üçün internetə yerləşdirdi.
Lakin bu foto onun rus pilotunu öldürməsini sübut edə bilməz. Rus
pilotunu başlarına bombalar yağan türkmanlar öldürdü. Orada Türkiyə
əsgərləri, yaxud türklərin hər-hansı bir cinayətinin sübutu yoxdur.
Bir təyyarə türkmanların başına bomba yağdırırsa, təbii ki, oradakı
türkmanlar də cavab atəşi açmaq istəyəcəklər”, - deyə F. Abbasov
Suriya türkmanlarını müdafiə edib.
Asif Nərimanlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi