Oqtay Əsədov: “İnsanlar 1 aya müsbət nəticələri görəcək”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “İnsanlar 1 aya müsbət nəticələri görəcək”

Milli Məclisin iclasında manatın devalvasiyası ilə bağlı məsələ müzakirə olunub.

Publika.az-ın məlumatına görə, millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: “Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik moratorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseslər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələri çox görüb və mən əhalini təmkinli omağa çağırıram”.

Spiker O.Əsədov da manatın devalvasiyası məsələsinə münasibət bildirib: “Bu məsələ hökuməti çox ciddi narahat edir. Yaxın zamanlarda hökumət bununla bağlı lazımi addımlar atacaq. Biz insanların banklara etimadını artırmalıyıq, hökumət də bu istiqamətdə ciddi addımlar atır və yaxın zamanlarda biz bunun müsbət nəticələrini görəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm