Barak Obama İlham Əliyevi Vaşinqtona dəvət edib
Bizi izləyin

Nida.az

Barak Obama İlham Əliyevi Vaşinqtona dəvət edib

"ABŞ Prezidenti Barak Obama ötən il dekabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib".

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Onun sözlərinə görə, Barak Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.

Daha sonra Obama məktubunda qeyd edir: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm