İrəvanda təşviş: erməni deputat Azərbaycana məğlub olduqlarını etiraf etdi
Bizi izləyin

Nida.az

İrəvanda təşviş: erməni deputat Azərbaycana məğlub olduqlarını etiraf etdi

Ermənistan yanvarın 25-29-da Avropa Şurasının Strasburqda keçiriləcək qış sessiyasına ciddi hazırlaşır.


Publika.az xəbər verir ki, bu barədə AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zoqrabyan deyib.


Qeyd edək ki, sessiyada Britaniyadan olan deputat Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” hesabatları müzakirə ediləcək. Hər iki hesabat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti ifşa edir. Gözləntilərə görə, Ermənistan nümayəndə heyəti səsvermə hüququnu belə itirə bilər. Məhz bu qətnamələrdən sonra İrəvanda ciddi təşviş yaşanmışdı. Hətta nümayəndə heyətinin tərkibini dəyişmək haqda da təkliflər irəli sürülmüşdü.


Nümayəndə heyətinin üzvü N. Zoqrabyanın açıqlaması isə Ermənistanda “AŞPA təşvişi”nin hələ də keçmədiyini göstərir.


“Bu qətnamələr bizi narahat edir. Lakin bütün məsuliyyətimlə deyə bilərəm ki, bayram günlərindən başlayaraq bizim nümayəndə heyətimiz, həmçinin, Avropa Şurasına daxil olan ölkələrdəki nümayəndələrimiz bu qətnamələrə qarşı ciddi iş aparıb. Hamımız bu istiqamətdə işləyirik. Yanvarın 25-nə qədər bu şəkildə işimizi davam etdirəcəyik”, - deyə o bildirib.


Lakin erməni deputat etiraf edib ki, qətnamələri gündəlikdən çıxarmaq asan məsələ deyil: “Düzünü desək, bu qətnamələri gündəlikdən çıxara biləcəyimiz haqda optimist fikrə sahib deyilik. AŞPA-dakı hazırkı vəziyyətimiz və mövcud atmosfer bizə optimist olmağa imkan vermir. Hesab edirəm ki, biz taktikamızı dəyişməliyik”.


Erməni mediasının yazdığına görə, yanvarın 8-dən başlayaraq, erməni nümayəndələr AŞPA-ya daxil olan ölkələrə ezam olunacaq və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar.


Lakin N. Zoqrabyan bu haqda danışmaq istəmədiyini bildirib.


“Bu haqda hələlik danışmaq istəmirəm. Lakin bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm