Yunanıstan Azərbaycandan qaz almağı planlaşdırır
Bizi izləyin

Nida.az

Yunanıstan Azərbaycandan qaz almağı planlaşdırır

Azərbaycan və Yunanıstan arasında kifayət qədər səmərəli əməkdaşlıq mövcuddur. Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Bakıda yunanıstanlı həmkarı Nikos Kotziasla görüşündə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov əlavə edib ki, danışıqların gündəliyində Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri dayanıb.

Nikos Kotzias isə bildirib ki, Yunanıstan Azərbaycan qazının yaxın iki-üç il ərzində Avropaya çatacağına inanır. Nazir qeyd edib ki, Yunanıstan Azərbaycan qazını almağı planlaşdırır və artıq infrastrukturla bağlı bütün məsələləri həll edib: "Yaxın illərdə Azərbaycan qazını alacağımıza ümid edirik".

N.Kotzias əlavə edib ki, Yunanıstan TAP layihəsindən istifadəni və Azərbaycan qazının Avropaya nəqlini özü üçün vacib hesab edir.

Qeyd edək ki, xarici işlər naziri N.Kotzias Azərbaycanda rəsmi səfərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm