Nida.az
“Azərbaycan Qarabağı addım-addım geri qaytarır” - ABŞ KƏŞFİYYATI
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Azərbaycan Ordusunun Odundağ strateji yüksəkliyini ələ keçirməsi haqda yazıb.
Publika.az xəbər verir ki, mərkəz mümkün Dağlıq
Qarabağ müharibəsində bunu Azərbaycanın üstünlüyü olaraq qeyd edir.
“Dağlıq Qarabağ regionunda son günlər Azərbaycan və Ermənistan
arasında toqquşmalar güclənib. Eyni zamanda, gərginlik iki ölkənin
sərhədyanı ərazilərində də müşahidə olunur. 2015-ci ilin sonunda
Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti
sərhədindəki hərbi toqquşmalar Dağlıq Qarabağ cəbhəsindəki
toqquşmaların sayı qədər olub. Sərhədlərin kobud relyefi və
ərazidəki minalar ətraf rayonlarda təhlükəni artırır. Sərhəd
ərazilərində bəzən toqquşmalar daha çox olur. Lakin bura Dağlıq
Qarabağ münaqişəsinin birbaşa komponenti olmadığı üçün bu
ərazilərdə mütəmadi monitorinqlər aparılmır”, - deyə mərkəz
bildirir.
“Stratfor” əlavə edir ki, Azərbaycan Ordusu sərhəd boyunca hərbi
nəzarəti ələ alır: “Azərbaycan tərəfi yanvarın sonunda Odundağ
strateji yüksəkliyində nəzarəti yenidən ələ aldı. Belə görünür ki,
Azərbaycan Ordusu fəal şəkildə Ermənistanı geri çəkilməyə məcbur
edir. Xüsusilə Qazax rayonu boyunca sərhəd xətlərində üstünlüyü ələ
almağı bacarıb. Odundağ yüksəkliyində nəzarəti ələ almaq
Ermənistanla müharibədə kiçik də olsa mühüm üstünlükdür”.
Mərkəz əlavə edir ki, Azərbaycan Qarabağı addım-addım geri
qaytarır.
“Cəbhədə və sərhədyanı ərazilərdə baş verənlər bunu göstərir.
Azərbaycan tərəfinin nəzarəti ələ aldığı ərazilər kiçik görünə
bilər. Amma bu, faktiki olaraq münaqişədə ciddi fərqlə üstünlük
deməkdir. Bu üstünlük Azərbaycana danışıqlar masasında da kömək edə
bilər”, - deyə məqalədə qeyd olunur.
Asif Nərimanlı
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO