• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Türkiyəli politoloq: “Qars müqaviləsinin ləğvi Türkiyə-Rusiya müharibəsinə gətirə bilər”

  • Nida.az
  • 9 Fevral 2016 10:52
  • 1 681 Baxış
Türkiyəli politoloq: “Qars müqaviləsinin ləğvi Türkiyə-Rusiya müharibəsinə gətirə bilər”

“Moskva və Qars müqavilələrinin ləğv edilməsi Türkiyə və Rusiya arasında müharibəyə səbəb ola bilər”.

Bunu Publika.az-a açıqlasmasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın münasibətlərində son zamanlar ciddi gərginlik müşahidə olunur: “İki lider bu gərginliyi azaltmaq üçün təxirə salmadan addımlar atmalıdır. Rusiyada Kommunist Partiyasının bu müqavilələrlə bağlı təklifi lazımsız bir həmlədir və heç bir əsası yoxdur. Əslində iki lider arasında münasibətləri daha da pozmaq üçün belə qruplar dövriyyəyə girir. Rusiya mediasına hakim olan yəhudi və etnik ermənilər daim rus ictimaiyyətində Türkiyə əleyhinə fikirlər formalaşdırmağa cəhdlər edirlər. Bütün bunlara baxmayaraq, nə Moskva, nə də Qars müqaviləsinin ləğv edilməsi kimi bir məsələ mümkün deyil”.

H. Oktay hesab edir ki, bu müqavilələrin ləğvi Türkiyə-Rusiya müharibəsinə səbəb olmaqla yanaşı, Ermənistana da böyük zərbə vura bilər: “Fikrimcə, Ermənistan buna getməyəcək. İranın Qərblə anlaşmasından sonra Ermənistanın bölgədə əhəmiyyəti kifayət qədər azalıb. Buna görə də diaspora erməniləri bir çox həmlələrə əl atacaqlar, lakin nəticə əldə etmək şansları yoxdur”.

Qeyd edək ki, Rusiya Kommunist Partiyasından olan deputatlar Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət edərək, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsini təklif ediblər. Bu müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin ləğvi Qars müqaviləsinin də ləğvi deməkdir. Buna çalışan ermənilər Naxçıvana iddia etmək üçün özləri üçün əsas yaratmaq istəyir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR