Nida.az
Davudoğlu hədələdi: “Suriyanı vuracağıq!”
“Türkiyəyə qarşı təhdid Suriyadan gələrsə, Qəndili vurduğumuz kimi Suriyadakı terror mərkəzlərini də vuracağıq”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hollandiya səfərində deyib.
“Qəndilə qarşı gördüyümüz tədbirləri, Suriyadakı terror mərkəzlərinə qarşı da görə bilərik. Türkiyəyə qarşı hücum təşkil etdiyi üçün İŞİD-in mövqelərini koalisiya təyyarələri ilə necə vurduqsa, Türkiyəyə zərər verən hər terror təşkilatına qarşı da eyni davranış sərgilənəcək. Dostlarımızdan da bizim yanımızda olmasını gözləyirik”, - baş nazir söyləyib.
Əhməd Davudoğlu PYD və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı da tənqid edib: “11 sentyabr terror aktında Türkiyə ABŞ yanında yer aldı, terrora qarşı mübarizəyə dəstək verdi. YPG-nin terror təşkilatı olmadığını iddia etmək terror qarşı mübarizəyə ən böyük zərbədir. PYD Suriyada rejim və Rusiya ilə əməkdaşlıq edərək vətəndaşlara hücum edir. Buna dair sənədlər də ortadadır. Müttəfiqimizdən açıq davranış gözləmək haqqımızdır”.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu