Yuşşenko Ermənistanı işğalçı adlandırdı: “Rusiya onun yanındadır”
Bizi izləyin

Nida.az

Yuşşenko Ermənistanı işğalçı adlandırdı: “Rusiya onun yanındadır”

“Rusiya Dağlıq Qarabağ münaqişəsində təcavüzkar və işğalçının yanında çıxış edir”.


Publika.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko öz ölkəsinin mediasına müsahibəsində deyib.


Onun sözlərinə görə, bu gün Avropada yeddi hərbi münaqişə var: “Onların altısı Şərqdədir. Bunlar Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Krım, Dnestryanı, Donetskdir. Hər bir münaqişədə də Rusiya işğalçının və təcavüzkarın yanındadır”.


Yuşşenko qeyd edib ki, ərazi bütövlüyü məsələsində ən əhəmiyyətli beynəlxalq sənədlərdən biri Budapeşt memorandumudur: “Halbuki beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın, Cənubi Osetiya və Abxaziya münaqişəsində Gürcüstanın, Dnestryanı münaqişəsində Moldovanın yanında dayanmadı. Ukraynada isə beynəlxalq zəmanət yarandı. Ümumiyyətlə, Ukrayna bu zəmanətlərdən istifadə edərək ərazi bütövlüyünə nail ola bilərdi. Bunu Rusiyanın imzası olmadan etməli idik. Lakin burada bizim ciddi səhvimiz oldu”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm