Azərbaycan məşhur şəbəkənin 38-ci üzvü seçildi
Bizi izləyin

Nida.az

Azərbaycan məşhur şəbəkənin 38-ci üzvü seçildi

Azərbaycan Erasmus Tələbə Şəbəkəsinin (ESN) 38-ci tamhüquqlu üzvü seçilib. Bununla əlaqədar seçkilər Finlandiyanın Yuvaskulya şəhərində təşkil olunan ESN-in Milli Nümayəndələr Şurasının iclasında keçirilib.

Publika.az xəbər verir ki, 38 ölkədən 70-ə yaxın gəncin qatıldığı görüşdə Azərbaycanı Elmar Quliyev və Təhminə Aslanova təmsil ediblər.

Milli Nümayəndələr Şurasının görüşü Erasmus Tələbə Şəbəkəsinin idarə heyətinin ESN-ə üzv olan ölkələrin nümayəndələri ilə birgə keçirilən iclasıdır. Tədbirdə Şəbəkənin fəaliyyəti, büdcəsi müzakirə olunub. Görüşün ikinci günündə qurumun üzvlüyünə namizəd olan Azərbaycanı təmsil edən gənclərimiz tərəfindən geniş təqdimat keçirilib. Sonra səsvermə keçirilib və Azərbaycan Erasmus Tələbə Şəbəkəsinin 38-ci tamhüquqlu üzvü seçilib.

Avropanın ən böyük tələbə assosiasiyası olan ESN 1989-cü il oktyabrın 16-da təsis olunub və 1990-cı ildə rəsmi qeydiyyatdan keçib. Şəbəkənin əsas məqsədi tələbələrin ehtiyaclarını, hüquqlarını yerli, milli və beynəlxalq səviyyədə təmsil etmək, onları mobillik proqramları haqqında məlumatlandırmaq və xaricdə təhsil almağa həvəsləndirməkdir.

Hazırda ESN 38 ölkənin 500-dək ali təhsil müəssisəsində təmsil olunur. Əhatə dairəsini daim genişləndirən Şəbəkənin 13,5 minədək fəal üzvü var. ESN hər il “Erasmus” və digər tələbə mübadilə proqramları ilə təhsil alan 180 mindən çox gəncə xidmət göstərir. Təşkilatın baş ofisi Brüsseldə yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm