
Avropada məşhur olan İtaliyanın aylıq geosiyasi jurnalı “Limes” Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriyaya müdaxilə edə bilmə ehtimallarını təhlil edib.
Publika.az xəbər verir ki, təhlildə Rusiyanın buna
qarşı ata biləcəyi addımlar və Cənubi Qafqaz regionunda münaqişənin
alovlanacağına dair fikirlər də yer alır.
“Türkiyə hələlik gözləmə mövqeyində olsa da, onun Suriyaya yerüstü
müdaxiləsi real görünür. Ankara artıq Səudiyyə Ərəbistanı ilə bu
məsələdə ittifaq yaradıb”, - deyə nəşr yazır.
“Limes” qeyd edir ki, Türkiyə-Rusiya müharibəsi NATO-nu çətin
vəziyyətdə qoyur: “Müharibə olarsa, Moskva kənar ərazilərdə
Türkiyəyə qarşı addımlar ata bilər. Misal üçün, Rusiyanın
Ermənistanı Azərbaycana qarşı Qarabağda müharibə aparmağa məcbur
edəcəyi gözləniləndir. Bu, Bakının müttəfiqi Türkiyəni Qafqazda
münaqişə ocağına cəlb etmək gedişi ola bilər. Digər tərəfdən,
Türkiyənin addımları da maraqlıdır. Ankara Rusiyanın Suriyadakı
mövqelərini zəiflətmək üçün Ukraynada separatçılara qarşı
müharibəyə ciddi dəstək göstərə bilər. Yaxın vaxtlarda Kiyevə səfər
edən Əhməd Davudoğlu da Ukrayna torpaqlarından Moskvanı sərt tənqid
etdi. Bu, yeni qarşıdurmaların ilk mesajları idi”.
Asif