
Niderland Parlamenti Xocalı soyqırımını müzakirəyə
çıxara bilər.
Bu barədə Publika.az-a Niderlandda fəaliyyət
göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov məlumat
verib.
Qeyd edək ki, bir müddət öncə V. Abbasov və onun holland həmkarı
Vim van Emdenin imzası ilə Xocalı soyqırımı haqda Niderland
parlamentinin (İkinci Kamer) 16 fraksiya rəhbərinə müraciət
ünvanlanıb.
V. Abbasov bildirir ki, hələlik bir neçə fraksiyadan cavab
məktubu alıblar: “Onlardan biri də D66 partiyasıdır. Bu partiyanın
parlamentdəki fraksiya rəhbərliyindən, xanım Martine van Bemmelin
imzası ilə gələn məktubda qeyd olunur ki, müraciətiniz fraksiya
üzvlərimizə göndərilib və onlar debat hazırlıqları üçün bu
müraciətdən istifadə edəcəklər. Burdan belə bir nəticəyə gəlmək
olar ki, D66 partiyası parlamentlərdəki debatlar zamanı Xocalı
məsələsini də qaldıra bilərlər və biz buna ümid edirik”.
Asif