Nida.az
“İqdırda BDP-nin qalib gəlməsi maraqlarımıza uyğun deyil” - Rəy
“Biz Türkiyə xalqının iradəsinə hörmətlə yanaşırıq. Bu seçkilər
göstərdi ki, Türkiyə cəmiyyəti kifayət qədər konservativdir və
seçki kampaniyası dövründə hansı şəkildə mübarizə aparılmasından
asılı olmayaraq seçicilərin böyük qismi həmişə müəyyən etdiyi eyni
siyasi qüvvənin nümayəndələrinə səs verir”.
Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.Az -a açıqlamasında Türkiyədə bələdiyyə seçkilərinin nəticələrinə münasibət bildirərkən deyib.
A. Hacılı seçkidən sonra Türkiyədə qarşıdurmaların olacağı ilə bağlı fikirlərlə razı olmadığını bildirib: “Türkiyədə keçirilən bələdiyyə seçkilərində ən mühüm amil seçkilərin azad və ədalətli keçirilməsi, Türkiyə xalqının iradəsinin sərbəst şəkildə ifadə olunmasına şərait yaradılmasıdır. Müəyyən pozuntular olması barədə ilkin məlumatlar gəlsə də, bütövlükdə seçkilərin nəticəsinə təsir edəcək pozuntuların olması barədə hələlik ortalıqda ciddi sübutlar yoxdur. Seçkilərdən sonra qarşıdurma olmayacağı qənaətindəyəm”.
Müsavat rəsmisi İqdırda BDP-nin qalib gəlməsini təəssüflə
qarşılayıb.“Azərbaycanla sərhəd olan Qars və İqdırdakı seçkilər
bizi daha çox maraqlandırırdı. Çox təəssüf ki, İqdırda həm Türkiyə
cəmiyyəti üçün ciddi problemlər yaradan, anti-türk təbliğatı aparan
BDP nümayəndəsi bələdiyyə başqanı seçildi. Bu bizim maraqlarımıza
uyğun deyil. Azərbaycanla sərhəd olan ərazilərdə MHP, CHP və AKP
partiyanın nümayəndələrinin seçilməsi bizim maraqlarımıza daha
uyğundur”-deyə o bildirib.
Asif
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri