Nida.az
“Prezidentin səfərindən sonra ABŞ Qarabağ münaqişəsinin həllində aktivləşəcək” – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda
keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-da
keçirdiyi mühüm görüşlər ikitərəfli əməkdaşlıq, həmçinin, bir sıra
aspektdən diqqət çəkir.
Keçmiş təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev Publika.az-a
müsahibəsində Azərbaycan liderinin okeanın o tayına səfərini şərh
edib.
- Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizlik Sammitinə
dəvəti nədən qaynaqlanırdı?
- Nüvə təhlükəsizliyi dünyada getdikcə daha aktuallıq kəsb edən bir
məsələyə çevrilib. Xüsusilə dünyada münaqişələrin sayının artması,
terror hadisələrinin çoxalması və terrorçuların nüvə silahı əldə
etmə cəhdləri nüvə təhlükəsizliyinin vacibliyini xeyli dərəcədə
artırıb. Bu baxımdan, Azərbaycanın indiyə qədər dünyada
təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə
verdiyi töhfələr nəzərə alınaraq, ölkəmizin nüvə təhlükəsizliyinin
təmin edilməsində də rolu yüksək qiymətləndirilib və Azərbaycan da
bu mötəbər sammitə dəvət alıb. Eyni zamanda bu, Azərbaycanın
dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrildiyini bir
daha sübut edir. Düşünürəm ki, Azərbaycan Prezident İlham Əliyevin
sammitdə iştirakı buradan qaynaqlanır.
- Prezident İlham Əliyevin Dövlət katibi Con Kerri ilə
birgə keçirdiyi birifinqdə Kerri Azərbaycana dair bir çox müsbət
açıqlamalar verdi. Bundan sonra Bakı və Vaşinqton əməkdaşlığının
yeni mərhələsinin başlanacağını demək mümkündürmü?
- Prezident İlham Əliyevin Con Kerri ilə görüşü istər regional
münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata
keçirilməsinə mühüm töhfə verə bilər. Birləşmiş Ştatlar və
Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və
düşünürəm ki, bundan sonra da olacaq. Bu isə anti-Azərbaycan
qüvvələrinə, eyni zamanda Ermənistana və onun havadarlarına bir
mesajdır. Yəni, Azərbaycan istər daxildə, istərsə də xaricdə dini
dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər, öz
dünyəviliyinə də sadiqdir. Bu istiqamətdə öz müstəqil siyasətini
yürüdür.
- Əgər ikitərəfli əməkdaşlıq daha geniş vüsət alarsa,
bundan hansısa regional gücün, konkret desək, Rusiyanın
qıcıqlanacağı və bu əməkdaşlığa qarşı hansısa addım atacağı
gözləniləndirmi?
- Qeyd etdiyim kimi, biz müstəqil siyasət yeridirik. Lakin Rusiya
və ABŞ regionda nüfuz savaşı da aparır. Ola bilsin ki, atəşkəs
pozulsun, Dağlıq Qarabağda və sərhəd rayonlarda təxribatlar artsın.
Lakin biz bunu gözləyirik və qarşısının alınması üçün müvafiq
tədbirlər görülür. İstər Rusiya, istərsə də ABŞ ATƏT-in Minsk
qrupunun həmsədr dövlətləri kimi münaqişənin həllində daha maraqlı
olmalıdırlar. Bu, gələcəkdə iqtisadi layihələrdən divident götürmək
üçün də onlara lazımlı məsələdir.
- Prezidentin səfəri zamanı Kerri Qarabağ münaqişəsinin
tezliklə həll olunmasının istədiklərini bildirdi. Daha sonra ABŞ-ın
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bəyanat
yayıldı. Hesab etmək olarmı ki, bu, Dağlıq Qarabağ münaqişəsinin
həlini sürətləndirməsi ilə nəticələnəcək?
- ABŞ başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda
meqalayihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin
edilməsi baxımından çox mühüm bir addımdır. Məhz buna görə də Con
Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır.
Eyni zamanda, ABŞ-da növbəti prezident seçkilərinin keçirilməsinə
hazırlıq gedir. Bu komanda özündən sonra bir sıra münaqişələrin
həllini müsbət mənada miras kimi qoyub getməyə çalışır. Düşünürəm
ki, məhz buna görə də bundan sonra Dağlıq Qarabağ münaqişəsinin
həllinə diqqət artacaq. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk
qrupunun həmsədrlərindən biri məhz ABŞ-dır. Bundan sonra
münaqişənin həlli istiqamətində müəyyən aktivlik gözləmək olar.
Lakin onu da unutmamalıyıq ki, ermənilər və onların havadarları
Dağlıq Qarabağ münaqişəsinin həllini ümumiyyətlə istəmir. Münaqişə
nə qədər çox uzanarsa, bu, Serj Sarkisyan rejiminin hakimiyyətdə
qalmasına bir o qədər şərait yaradacaq. Buna görə də ermənilər və
onların havadarları çalışacaq ki, bu ərəfədə də atəşkəs pozulsun,
həmçinin, digər addımlar atılsın.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR