Qafqaz Universitetinin tələbələrindən Qarabağa rəmzi yürüş - FOTOLAR
Bizi izləyin

Nida.az

Qafqaz Universitetinin tələbələrindən Qarabağa rəmzi yürüş - FOTOLAR

Qafqaz Universitetində tələbələrin təşəbbüsü ilə cəbhədə baş verən hadisələrlə əlaqədar ordumuza dəstək aksiyası keçirilib.

Publika.az xəbər verir ki, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbir dövlət himnimizin oxunması ilə açıq elan edilib.

Aksiya iştirakçıları tərəfindən Ali Baş Komandanımız İlham Əliyevin “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun” şüarı və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Ordumuzun şücaətindən qürur hissi duyduqlarını dilə gətirən tələbələr Ali Baş Komandanın əmri ilə ordu sıralarına qatılmalarını səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiya universitet kampusundə rəmzi olaraq Qarabağa yüyürüş ilə sona çatıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm