Allahşükür Paşazadə Türkiyəyə gedir
Bizi izləyin

Nida.az

Allahşükür Paşazadə Türkiyəyə gedir

Aprelin 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən 19-cu Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

QMİ-dən Publika.az-a verilən məlumata görə, səfər “Mərmərə” qrupu strateji və sosial araşdırmalar vəqfinin baş direktoru Akkan Süverin dəvəti ilə həyata keçirilir. QMİ sədri tədbirdə məruzə ilə çıxış edəcək.

Səfərdə QMİ sədrini Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr, Roma Katolik kilsəsinin Bakıdakı ordinatoru Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri icmasının başçısı Melix Yevdayev müşayiət edəcəklər.

Səfər müddətində Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rum Patriarxı Varfolomeylə, yerli Ravvin İzak Haleva və yerli katolik icmasının monsinyoru ilə görüşləri nəzərdə tutulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm